Accessibility links

Paul Goble: Hakimiyyət dəyişikliyinin legitim olmasına xalq  qərar verə bilər - 2003-08-09


Azərbaycan Prezidenti Heydər Əliyevin sağlamlıq vəziyyətinin yaxşı olmadığı bir zamanda İlham Əliyevin baş nazir təyin edilməsinə rəaksiyalar davam edir. Amerikanın Səsinin Azerbaycan redaksiyası həmin məsələ ilə əlaqədar olaraq sizi Amerika mütəxəssislərinin fikirləri ilə tanış etməyə çalışacaq. Bu gün biz Amerikanın Səsinin Direktorunun məsləhətçisi və keçmiş Sovet Respublikaları üzrə mütəxəssis Paul Goblein şərhləri ilə sizi tanış edirik. Xatırladaq ki, Cənab Goble Amerikanın Səsinin adından yox bir mütəxəssis kimi öz adından danışıb. O qeyd edir ki, İlham Əliyevin baş nazir təyin edilməsi prezident və parlamentin səlahiyyətlərinə əsasən həyata keçsə də, belə bir tədbirə indiki vaxtda əl atılması səbəbilə Azərbaycan müxalifəti onu legitim bir akt olaraq qəbul etməyəcək. Cənab Goble qeyd edir ki, onların fikrinə görə bu vəziyyət, Prezident Əliyev vəfat etdiyi təqdirdə daha çox sabitsizlik və konflikə şərait yaradır.

Cənab Goble qeyd edir ki, Azərbaycan xalqı və dünyanın, ölkənin növbəti rəhbərinin kim olacağını bilmə hüququ var ancaq xüsusi ilə Azərbaycan xalqı və dünya üçün bu rəhbərin əsasqanuna və demokratik proseduralara uyğun olaraq hakimiyyətə gəlməsi əhəmmiyyət kəsb edir. O qeyd edir ki, gələcəkdə Azərbaycanın rəhbəri kim olursa olsun, vaxdı gəldikdə hakimiyyətin demokratik olaraq başqa bir liderə təhvil verilə bilməsi üçün sağlam, bir qanuni prosedura hazırlanmalıdır. Bu hakimiyyətin davamlılığı üçün vacibdir.

Cənab Goble qeyd edir ki, bəzi dairələr Azərbaycandakı son dəyişiklikləri demokratik adlandırırlar ancaq xüsusilə Azərbaycan müxalifəti bu dəyişikliklərin legitim olmadığını irəli sürür. O qeyd edir ki, əgər ən arzu edilməyən baş versə və Heydər Əliyev vəfat etsə onda hakimiyyət dəyişikliyi elə bir şəkildə həyata keçirilməlidir ki, hamı onun legitim olduğunu və qanunlara riayət olunduğunu qəbul etsin. Biz Cənab Gobela Azərbaycan müxalifətinin Qərb ölkələrini və Neft şirkətlərini təngid etdiklərini xatırlattıq. Müxalifət onların İlham Əliyevin baş nazir təyin edilməsini dəsdəkləməklə bu aktın legitim olduğunu gəbul etdiklərini irəli sürür. O Cavabında dedi : Azərbaycanın hökumət rəhbərlərinin legitimliyini təkcə Azərbaycan xalqı müəyyən edə bilər. Neft şirkətlərinin davamlılıq, sabitlik arzu etmələrini və bildikləri bir şəxslə işləmək istəmələrini başa düşmək olar. Buna baxmayaraq Azərbaycanın prezidenti kim olursa olsun onun Azərbarycan xalqının mümkün olan ən geniş nisbətdə himayəsini əldə etməsi çox mühümdür. Azərbaycanın Demokratiya, liberal və açıq bir ictimaiyyət yolunda tərəqqi etməsi xeyli əhəmmiyyətlidir.

Cənab Goble qeyd edir ki, Azərbaycanda dövlət qurumları güclü olsa da hazırda baş vermiş vəziyyət bir qarşıdurmaya çevrilsə onda ölkədə sabitlik pozula bilər, qan tökülə bilər və bu hətda müxtəlif xarici qüvvələrin müdaxiləsinə gətirib çıxarda bilər. Bu isə Azərbaycanın gələcəkdə tərəqqi əldə etməsinin qarşısını ala bilər.

Paul Goble deyir ki, mən bu məsələdə həm hakimiyyətin həm də müxalifətin məsuliyyətlə hərəkət edəcəklərini ümid edirəm ki, tərəflərdən heç biri ölkədə zorakılıq hərəkətlərinin baş verməsinə yol verməsin. O deyir ki, belə bir məsələnin ən təhlükəli cəhəti tərəflərdən birinin, digərinin qəbul etməyəcəyi qədər irəli getməsidir. Belə olduqda zorakılıq hərəkətləri başlaya bilər və onlar başladıqda isə nəticəni təxmin etmək çox çətindir. O İlham Əliyevin ölkəni idarə edəcək qabiliyyətə malik olub olmaması barədə sualımıza cavabında isə dedi ki, İlham Əliyevin Neft şirkətliəri ilə əməkdaşlıqda və Azərbaycanın elitası ilə işləməkdə təcrübəsi var və bir şəxsin ölkə başcısı vəzifəsinə gəlməmişdən qabaq onun bu vəzifəni nə şəkildə aparacağını əvvəlcədən təxmin etmək çətindir. Cənab Goble deyir ki, İlham atas; dəyil. Onun atasının kommunist partiyasında və Sovet Dövründə uzun təcrübəsi olub. Onun KGB-də də əsaslı təcrübəsi olub. İlhamın belə təcrübə və qabiliyyətlərə malik olduğu haqqında hələlik bir dəlil yoxdur.

XS
SM
MD
LG