Accessibility links

NATO Əfqanıstanda sülhümühafizə qüvvələrinin komandanlığını üzərinə götürdü - 2003-08-11


Şimali Atlantik Alyans Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə komandanlığı altı ay bu qüvvələrə başçılıq edən Almaniya və Niderlanddan alaraq rəhbərliyi öz üzərinə götürmüşdür. Bu, 54 il bundan əvvəl təşkil olunduğu vaxtdan bəri alyansın Avropadan kənarda aparacağı ilk əməliyyatdır. NATO-un həll etməli olacağı başlıca məsələlərdən biri sülhümühafizə qüvvələrinin mandatının Kabildən kənar ərazilərdə də tətbiq edilib-edilməməsidir. Hazırda Kabil və ətraf ərazilərdə təhlükəsizliyin tə’min edilməsi işində 30-dan çox ölkənin hərbi qüvvələri iştirak edir.

XS
SM
MD
LG