Accessibility links

İran Əl-Qaidənin bəzi üzvlərini özü mühakimə edə bilər - 2003-08-11


Bu gün İranın xarici işlər nazirliyi bildirib ki, Əl-Qaidənin saxlanılan bə’zi üzvləri vətənlərinə təhvil verilməsələr, İranda mühakimə oluna bilərlər. Nazirliyin mətbuat katibi bildirib ki, saxlanılanların bə’zilərinin öz ölkələrinin vətədaşlağından imtina etməsi aydın deyil. İran hökuməti saxladığı Əl-Qaidə terror şəbəkəsinin üzvlərinin şəxsiyyətinin müəyyənləşdirilmədiyini bildirir. Lakin Birləşmiş Ştatların rəsmi nümayəndələri Afrikada ABŞ səfirliklərinə bomba hücumlarının təşkilinə görə axtarışda olan Saif əl-Adel onların arasında olduğunu bəyan edirlər. Keçən həftə İran hökuməti saxlanılan Əl-Qaidə üzvlərinin heç birinin ABŞ-a təhvil verilməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG