Accessibility links

Fələstən hökumətində fikir ayrılığı var - 2003-08-24


İsrailin hərbi komandirləri bildiriblər ki, fələstinli yaraqlılar Qəzzə zolağından İsrailə uzun mənzilli raket atıblar. Raketin mərmisi Aşkelon şəhərinin cimərliyinə düşüb. Bu əməliyyat Fələstinin təhlükəsizlik qüvvələrinin üç tunelin aşkara çıxarılması və bu tunellərdən Qəzzəyə qaçaq silahın gətirilməsi haqqında verilən mə’lumatdan sonraya təsadüf edir. Fələstin muxtar idarəsinin rəhbərliyində təhlükəsizlik qüvvələrinə başçı tə’yin edilməsi məsələsində fikir ayrılığnın meydana çıxdığı haqda mə’lumatlar yayılır. Fələstin prezidenti Yasir Ərafat və baş naziri Mahmud Abbas arasında təhlükəsizlik qüvvələrinə kimin başçılıq etməsi məsələsində fikir ayrılığının meydana çıxdığı təxmin edilir. Beynəlxalq ictimaiyyət baş nazir Mahmud Abbasa və onun təhlükəsizlik qüvvələrinin naziri Məhəmməd Dahlana daha çox səlahiyyətlər verilməsi üçün cənab Ərafata təzyiq göstərir. Cənab Ərəfat bildirib ki, təhlükəsizlik qüvvələrinə Nasir Yusif başçılıq etməlidir. Fələstinlilərin bə’zi rəsmi şəxsləri deyirlər ki, cənab Nasir Yusif cənab Ərafatla olduca yaxındır. Onun başçılığı altında Fələstin idarəsində hər-hansı bir islahat həyata keçirilmir.

XS
SM
MD
LG