Accessibility links

Amerika mətbuatı Azərbaycanda monarxiya təhlükəsindən yazır - 2003-08-25


“Azərbaycan formal olaraq monarxiya deyil. Lakin ölkəni idarə edən şəxs demokratik prezident hesab olunub hakimiyyətin öləndən sonra oğula keçməsi mexanizmini işlədən liderlər siyahısına qoşulur.” Bu fikirlər “Nyu York Tayms” qəzetinin “Dinastik rejimlər” adlı baş məqaləsində söylənilir. Baş məqalədə deyilir ki, prezident Heydər Əliyev oktaybr ayında seçkilərdə prezidentlik uğrunda mübarizə edə bilməsə, onun pleyboy şöhrəti qazanmış oğlu İlham atasından sonra hakimiyyətə gələnlərin siyahısında birinci yerdə durur. Hakimiyyətin belə dəyişməsi qısa müddətli görünsə də, bunun demokratik təsisatlara vurduğu zərər uzun müddətli qeyri-sabitlik yaradacaq. Daha çox ərəb ölkələri üçün səciyyəvi olan dinastik rejimlərin nəticələri bunun nə qədər pis bir ideya olduğunu göstərir. Səddam Hüseynin ən əcaib bir şəkildə bəslədiyi varislərinin onun özündən daha qəddar olduğu məlumdur. Suriyada atasından sonra hakimiyyətə gələn Bəşşar Əl-Əsəd müəyyən mə’nada atasının yaxınlarının əsiri olduğu üçün nə iqtisadiyyatı canlandıra bildi, nə də ölkədə avtoritar rejimi dəyişdirə bildi. Güclü prezindentlər özlərinə xələf seçməkdən qorxub öz ailələrinə bel bağlayırlar. Vətəndaşlar hakimyyət uğrunda zorakı mübarizənin şahidi olmamaq üçün prezidentin öz oğlunu hakimyyətə gətirməsinə razı olurlar. Prezidetin yaxınları isə bu addımı dəstəkləyirlər. Xarici ölkələrdə də yumşaq liderin olmasını bəzən razılqıla qarşılayırlar. İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi Türkiyə, Rusiya və Amerika Birləşmiş Ştatlarında normal qarşılanır. Baxmayaraq ki, prezident Konstitusiyaya maddə əlavə etməli oldu, Dövlət Departamenti prosesi konstitusion adlandırdı. Azərbaycan hökuməti opponentərini təqib edir, mətbuata nəzarət edir və böyük miqyasda korrupsiyanın başında durur. Lakin prezident Əliyev müsəlman dövlətinin “qərb tərəfdarı” başçısıdır və qərb şirkətlərinə ölkənin nef ehtiyatlarını istismar etməsinə imkan verir. Hakimiyyətin bu kimi asan yolla keçidinə dəstək vermək, Yaxın Şərqdə olduğu kimi uzağı görə bilməməzlik deməkdir. Əliyev sülaləsi bütün millətlərin uzun müddətli tərrəqisi üçün lazım olan demokratik tə’sisatların qurulması və qanunun aliliyinin bərqərar olması üçün böyük zərbə olardı.

“Vaşinqton Post” yazır ki, bir neçə həftə qabaq Azərbaycanın xəstə prezidenti hakmiyyətin oğluna ötürülməsini təşkil etdiyi vaxt Dövlət Departamentinin sözçüsünə şərh üçün sualla müraciət olunmuşdu. Siz yəqin fikirlərşirsiniz ki, demokratiya tərəfdarı olan administrasiyanın keçmiş sovet respublikaları arasında ilk dəfə hakimiyyəti monarxiya yolu ilə dəyişdirməyə hazırlaşan avtoritar rejim üçün bir neçə deyiləsi sözü olub. Lakin sözçü hakimiyyətin ötürülməsinin Azərbaycan konstitusiyasına tamamilə uyğun oldğunu bəyan etdi və buna heç nə əlavə etmədi. Ola bilər ki, prezident Buşa işləyən hər bir şəxs üçün hakimiyyətin atadan-oğula keçməsi məsələlərini müzakirə etmək o qədər də asan deyil, və ya oda ola bilər ki, Buş administrasiyasında çalışan neft sənayesinin veteranları neftlə zənğin, qərb sərmayələrinə olduqca xoş münasibət göstərən keçmiş dostlarının xətrinə dəymək istəmirlər. Lakin “Vaşinqton Post” qeyd edir ki, istənilən variantda Azərbaycanda demokratik normaların müdafiəsi üçün qətiyyətlə çıxış etməyən administrasiya səhvə yol verir. Hökümətin bu səhvini bu həftə, necə deyərlər, bəyzadə İlham Əliyevin Birləşmiş Ştatların rəsmi şəxslərilə görüşmək üçün Vaşinqtonda peyda olduğu vaxt düzəltmək imkanı olacaq. Qəzet ata və oğul Əliyevlərin adlarının oktyabrın 15-də keçiriləcək seçkilər üçün bülletenə salındığını qeyd edir. “Vaşinqton Post” 2002-ci il üçün Dövlət Departamentinin insan haqları hesabatına müraciət edərək Azərbaycanda baş verənlərin konstitusiya ilə bağlılığını şübhə altına alır. “Vaşinqton Post” Azərbaycanda seçkilərin saxtalarşdırıldığını, insan haqları ilə bağlı durumun ağır olduğunu, polisin işkəncələrə al atdığını, siyasi məhbusların saxlanıldığını, dinc nümayişlərin zorla dağıdıldığını, polisin nümayşçilərə atəş açdığını, etiraz edən bir nümayşçinin qətlə yetirildiyini və siyasi partiyalara təzyiq göstərildiyini yazır. Qəzet Azərbaycanda bu seçkilərdən qabaq da heç nəyin dəyişmədiyini bildirir. Əliyevin adamları ilə doldurulan seçki komisiyaları həqiqi müxalifət namizədləri qeydə almaqdan imtina edir, Polis müxalifət partiyaların nümayişlərini dağıdır, bəzi adamları həbs edir, digərlərini isə döyür. Mətbuat hökümətin nəzarəti altında qalmaqda davam edir.Ola bilər ki, bunların hamısı Azərbaycan konstisutiyasına uyğundur. Lakin bu əsas məsələ deyil. Əgər İlham Əliyev ədalətli seçkilərdə qalib gələ bilsə, Birləşmiş Ştatlar ona uğurlar arzu etməlidir. Lakin Birləmiş Ştatlar neftlə zəngin daha bir Müsəlman ölkəsində korrupsioner, monarxiyanın yaranmasında marağının olmadığını aydın bildirməlidir-deyə Vaşinqton Post baş məqaləsinə yekun vurur.

XS
SM
MD
LG