Accessibility links

Prezident Buş: Biz geri çəkilməyəcəyik! - 2003-08-27


Prezident Buş Amerikanın İraqın işğalını müdafiə edib. Son dörd ayda İraqda 140-dan çox Amerika əsgərinin qətlə yetirilməsinə baxmayaraq prezident Buş deyib ki, Birləşmiş Ştatlar əsas hərbi əməliyyatlarını dörd ay qabaq bitirib. O deyib ki, terrorizmə qarşı mübarızə dayandırılmayacaq. Bu isə o deməkdir ki, İraqda Amerika əsgərlərinə qarşı hücumlar təşkil edənlərə qarşı həmlələr davam edəcək. “Terror qarşısından çəkilmək yeni-yeni hücumlara yol açmaq deməkdir. Biz geri çəkilməyəcəyik!”-deyib cənab Buş. Dünən Sent Luis şəhərində müharibə veteranları qarşısında çıxış edən prezident Buş terrorla mübarizədə həlak olnaların xatırəsini yad edib. Amerika Leqionunun illik konfransında etdiyi çıxışında prezident Buş qeyd edib ki, İkinci Dünya Müharibəsində Amerika silahlı qüvvələrininə Avropanı stabit və demokratik etmək üçün aylar yox, illər lazım oldu. Onun sözlərinə görə İraqdakı nailiyyətlər Yaxın Şərqdə demokratiyanın yayılmasına kömək edəcək. Prezident Buşun sözlərinə görə, 2001-ci ildə Nyu York və Vaşinqtondakı terror hücumlarından sonra Amerika nə etdiyini dərk edir, İraqın və Yaxın Şərqin gələcək taleyini qatillərin müəyyən etməsinin qarşısını almaq üçün işini davam etdirir.

XS
SM
MD
LG