Accessibility links

Fransa İraqda beynəlxalq hərbi qüvvələrə ehtiyac olduğunu deyir - 2003-08-28


Birləşmiş Ştatlar administrasiyası Amerikanın komandanlığı altında BMT qüvvələri haqda dünən fikir irəli sürdükdən sonra bu gün Fransa İraqda real beynəlxalq hərbi qüvvələrə ehtiyac olduğunu bildirib. Fransanın xarici işlər naziri Dominik de Vipen əlavə edib ki, hərbi qüvvələrin Birləşmiş Ştatların komandanlığı altında genişləndirilməsi kifayət deyil. Bununla belə, cənab Vipen Amerikanın BMT-nin təsdiq etdiyi və Amerika generalına tabe olacaq beynəlxalq hərbi qüvvələr haqda fikrə birbaşa münasibətini bildirməyib. Birləşmiş Ştatların bu təklifi Amerikanın ilk dəfə olaraq BMT-nin İraqda aparıcı rolunu qəbul edə bilməsinə işarə kimi qiymətləndirilir.

XS
SM
MD
LG