Accessibility links

Şimali Koreyanın nüvə proqramı ilı bağlı danışıqlar davam edir - 2003-08-28


Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqların iknici birinci gün olduğu kimi, problemin həlli istiqamətində tərəqqi əldə edilmədən başa çatıb. Çin, hər iki Koreya, Birləşmiş Ştatlar, Yaponiya və Rusiyanın nümayəndələri əvvəlcə birgə, daha sonra isə ayrı-ayırlıqda görüşlər keçirmişlər. Birləşmiş Ştatlar Şimali Koreyanın nümayəndərilə dünən görüş keçirmiş, lakin Pxenyanın ikitərəfli rəsmi görüş keçirilməsi haqda təklifini rədd etmişdir. Birləşmiş Ştatların rəsmiləri bu görüşün xüsusi bir müzakirə xarakteri daşımadığını bildirmişlər. Danışıqların sabah başa çatacağı gözlənilir. Rusiya nümayəndə hey’ətinin bildirdiyinə görə, bütün tərəflər gələn bir neçə ay ərzində danışıqların növbəti turunun keçirilməsi haqda razılıq əldə ediblər.

XS
SM
MD
LG