Accessibility links

Şotlandiyada Leonardo da Vinçinin rəsm əsəri oğurlanıb - 2003-08-28


Britaniya sığırta şirkətinin nümayəndələri Leonardo da Vinçinin dünən Şotlandiyada Drumlanriq qəsrindən olğurlanmış rəsm əsərinin tapılmasına kömək üçün böyük miqdarda pul mükafatı təyin ediblər. Mükafatın məbləği veriləcək informasiyanın dəyərindən asılı olacaq. Şotlandiya polisinin bildirdiyinə görə, özlərini muzeyi ziyarət edən adamlar kimi göstərən oğrular şəkli nümayiş zalından götürüb apara bilmişlər. Leonardo da Vinçinin 1510-cu ildə bitiriyi bu rəsm əsəri 47 milyon dollar dəyərində qiymətlənidilir.

XS
SM
MD
LG