Accessibility links

2000 səhifəlik transkript işıq üzü gördü - 2003-08-29


Dünya Ticarət Mərkəzinə qarşı terror aksiyasından sonrakı radio və telefon zənglərinin transkripti ölüm və dəhşətin təfərrüatını açılayır. 2 minə yaxın səhifədə dağıntılar altında qalan insanların yardım yalvarışları, xilasetmə cəhdləri, 110 mərtəbəli iki binaya təyyarələr dəydikdən sonra panika içərisində pəncələrədən atılanların səslərinin transkripti yer alır. Xatırladaq ki, terror aksiyası 2800-ə yaxın insanın qurban getməsi ilə nəticələnmişdi. “New York Tayms” qəzeti transkriptin ictimaiyyətə açıqlnması ilə bağlı məhkəmə prosesində qalib gəlib.

XS
SM
MD
LG