Accessibility links

H.Süleymanpur zəmanətə buraxılmayacaq - 2003-08-29


Britaniya məhkəməsi İranın Argentinadakı keçmiş səfiri Hadi Süleymanpurun zəmanətə buraxılması tələbini rədd edib. 1994-cü il Buenos-Ayresdəki yəhidi ictimai mərkəzinin partladılmasındakı roluna görə günahlandırılan keçmiş səfir sentyabr ayının 19-dək həbsdə saxlanılacaq. İran hökuməti Süleymanpurun zəmanətə buraxılmasına 780 min, onun ailəsi isə 300 min dollar təklif etmişdi. Hadi Süleymanpur keçən həftə Durhəmdə Argentina məhkəməsinin onun həbsi ilə bağlı verdiyi beynəlxalq sanksiyaya əsasən Britaniyanın səlahiyyətli nümayəndələri tərəfindən saxlanmışdı.

XS
SM
MD
LG