Texasda bir aylıq istirahətdən sonra Vaşinqtona qayıdan prezident Buş bir sıra problemlərlə qarşılaşır. ABŞ prezidenti Konqresin İraqda Amerika hərbi qüvvələrinin itkiləri və müharibədən sonrakı İraq üçün lazım olan vəsaitə görə artan narathalıqlarını diqqətlə izləyir. Cənab Buş habelə Yaxın Şərqdə zorakılıqlar dalğasının artması ilə “yol xəritəsi” planının təhlükə altına alınması və ABŞ iqtisadiyyatı ilə bağlı fikir ayrılıqları kimi məsələlərdə də problemlərlə qarşılaşmışdır.