Accessibility links

Cənubi Koreya nüvə proqramı ilə bağlı Şimala xəbərdarlıq edib - 2003-08-31


Cənubi Koreyanın xarici işlər naziri Yun Yong-kvan Şimali Koreyaya nüvə proqramı ətrafında gərginliyi artırmamağa dair xəbərdarlıq edib. Cənab Yun Cənubi Koreya televiziyasına verdiyi müsahibədə bildirib ki, nüvə potensialını inkişaf etməyə davam etdirdiyi təqdirdə, Şimali Koreya daha da təcrid oluna bilər. Cənab Yunun bu açıqlamaları Şimali Koreyanın öz suverenliyini qorumaq üçün nüvə qabiliyyətini gücləndirməkdən başqa seçimi olmadığını bildirməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG