Accessibility links

ABŞ-Türkiyə münasibətlərində yaxınlaşma müşahidə olunur - 2003-09-04


Birləşmiş Ştatlar və Türkiyənin rəsmi nümayəndələri bu gün Ankarada görüşüb, tükr qoşunlarının İraqa yerləşdirilməsi şərtlərini müzakirə ediblər. Türkiyə 10 minə yaxın əsgəri qüvvəsinin Amerikanın başçılığı altındakı polis qüvvələrinə yardım məqsədi ilə İraqa göndərilməsini təklif edir. Beləliklə də mart ayı Türkiyənin Amerika qüvvələrinin öz ərazisindən istifadə etməsinə yol verməməsi ilə gərginləşən Türkiyə-Amerika münasibətlərində yaxınlaşma müşahidə olunur.Qoşunlarının İraqa göndərilməsindən əvvəl Türkiyə İraqın şimalında yerləşən Türkiyə kürdlərinin oradan çıxarılmasını tələb edir.

XS
SM
MD
LG