Accessibility links

ABŞ-ın müdafiə naziri Əfqanıstana gedib - 2003-09-07


Əfqan prezidenti Həmid Kərzayi ilə görüş məqsədi ilə Əfqanıstanda olan Birləşmiş Ştatların Müdafiə Naziri Donald Ramsfild bildirib ki, Əfqanıstan və Pakistan sərhədlərində Taliban döyüşçülərinin fəallaşması terrorizmin beynəlxalq bir problem olduğunu nümayiş etdirir. Kabildə keçirilən birgə mətbuat konfransında həm cənab Ramsfild, həm də prezident Karzahi Taliban fəaliyyətinin artmasından narahatlıqlarını bildiriblər. Prezident Kərzayi deyib ki, üçtərəfli - Əfqanıstan, Pakistan və Birləşmiş Ştatların köməyi ilə terrorçuluğa son qoyulacaq. Cənab Ramsfild Əfqanıstanda sülhməramlı qüvvələrin artırılmasını dəsdəkləyəcəyini deyib.

XS
SM
MD
LG