Accessibility links

Buş Konqresdən İraq üçün daha artıq maliyyə yardımı istəyib - 2003-09-08


Prezident Buşun İraqda vəziyyətə nəzarət etməsilə bağlı narahatlıqların artdığı şəraitdə ABŞ prezidenti beynəlxalq ictimaiyyəti ölkədə sabitlik yaratmağa kömək etməyə çağırmış və Konqresdən milyardlarla dollar məbləğində vəsait istəmişdir. Prezident Buş dünən axşam Amerika xalqına müraciətində qeyd etmişdir ki, BMT-nin üzvü olan ölkələr İraqda daha geniş rol oynamaq üçün məsuliyyəti öz üzərlərinə götürüb imkandan istifadə edə bilərlər. Cənab Buş əlavə etmişdir ki, Birləşmiş Ştatlar və onun çoxu İraqda müharibə əleyhinə çıxış edən ən’ənəvi müttəfiqləri “keçmiş fikir ayrılıqlarının bugünkü vəzifələrə” müdaxilə edə bilməsinə imkan verməməlidirlər.

XS
SM
MD
LG