Accessibility links

Əhməd Korey baş nazirlik vəzifəsini qəbul edir - 2003-09-10


Fələstin parlamentinin spikeri Əhməd Korey baş nazir vəzifəsini qəbul edəcəyi və yeni fövqəladə kabinetin təşkilinə başlayacağını bildirib. Əhməd Korey Fələstin prezidenti Yasir Ərafatın bu vəzifəni qəbuletmə çağırışına müsbət səs verdiyini deyib. Əbu Ala kimi tanınan cənab Korey baş nazirliyinə bazar günü Yasir Ərafat tərəfindən Mahmud Abbasın istefasından sonra namizəd göstərilmişdi. Cənab Korey baş nazirlik vəzifəsini beynəxalq dəstək və İsrailin fələstinlilərlə bağlı siyasətində bəzi dəyişikliklər etdiyi, xüsusilə də Fələstin partizanlarına qarşı sui-qəsdlərə son qoyluğu təqdirdə qəbul edəcəyyini bildirmişdi. İsrail isə hər hansısa dəyişiklik etməkdən imtina etmişdir.Bütün bunlarla yanaşı Həmasın aparıcı lideri Mahmud Əl Zəharın Qəzzadakı evi İsrailin bomba hücumuna məruz qalıb. Hücum zamanı cənab Zəhar yaralanmış, onun oğlu və mühafizi həlak olmuşlar.

XS
SM
MD
LG