Accessibility links

İraqda intihar bomba hücumunda 40 nəfər yaralanıb - 2003-09-10


İraqın şimalında Ərbil şəhərində intihar bomba hücumu nəticəsində bir nəfər ölmüş, 6 amerikalı da daxil olmaqla, 40 nəfər yaralanmışdır. Maşında yerləşdirilmiş bomba Amerika əsgərlərinin qaldığı binanın qarşısında partlamışdır. Şahidlər partlayış baş verərkən maşında əyləşən şəxsin intiharçı olduğunu demişlər. Birləşmiş Ştatların hərbi qüvvələrinin sözçüsü yaralanan altı amerikalının Müdafiə nazirliyinin hərbi personalına aid olduğunu qeyd etmiş, lakin onların mülki və ya hərbi personala aid olduğunu açıqlamamışdır. Bu arada, ABŞ-ın hərbi qüvvələrinin nümayəndələri Bağdadda bombanı zərərsizləşdirərkən bir Amerika əsgərinin öldüyünü xəbər verirlər.

XS
SM
MD
LG