Accessibility links

İsrail rəsmiləri Yasir Ərafatın sürgün edilməsi qərarını müdafiə edirlər - 2003-09-13


İsrail rəsmiləri dünya liderlərinin tənqidləri və xəbərdarlıqlarına baxmayaraq, Yasir Ərafatın sürgün edilməsi qərarını müdafiə edirlər. İsrailin yüksək səlahiyyətli nümayəndələri deyirlər ki, Fələstin prezidenti terrorçudur və İsrail özünümüdafiə haqqına malikdir. Cümə axşamı bu qərarı qəbul edən İsrailin təhlükəsizlik kabineti cənab Ərafatı sülhə maneə adlandırmışdır. Bu gün İordan çayının gərb sahilindəki qərargahında diplomatlarla görüşən cənab Ərafat İsrailin sülh prosesində İsrailə partnyor olan Fələstin muxtariyyətini dağıtmaq istədiyini deyib.Onun bu sözləri Fələstinlilərə özünüidarə hüququ bəxş edən Oslo Sazişinin 10-cu ildönümünə təsadüf edir.

XS
SM
MD
LG