İranın Beynəlxalq Atom Enerji Agentliyindəki təmsilçisi Əli Əkbər Salehi Tehranın BMT-nin silah müfəttişləri ilə əməkdaşlığını davam etdirəcəyini bildirib. Bu gün İranın rəsmi dövlət qəzeti Salehiyə istinadən yazıb ki, agentliyin İranın nüvə silahları istehsal etmədiyini sübut etməsi tələbi Tehranı təşvişə salmayıb. Cənab Salehinin sözləri Almaniyanın “Der Şpiqel” jurnalında çıxan məqalə ilə ziddiyyət təşkil edir. Həmin məqalədə İranı agentlikdə təmsil edən nümayəndəyə istinadən yazılmışdı ki, Tehran nüvə silahlarının yayılmaması ilə bağlı sazişdən çıxa, agentliklə bütün əməkdaşlığını kəsə bilər.