Bu gün Estoniyada seçicilər Avropa Birliyinə qoşulub-qoşulmamağa səs verirlər. Səsvermədən əvvəlki rəy sorğularına əsasən estonların birliyə qoğulmağa böyük səs çoxluğu ilə “hə” deyəcəyi gözlənilir. Estoniyanın hər yerində seçicilər bu gün səsvermə məntəqələrinə gedib əhalisi 1,5 milyon olan ölkə üçün ən mühüm qərara səs verir. Ölkə əhalisinin 900 mininin referendumda səs vermək hüququ var. Hava şəaritinin bu gün çox yaxşı olduğu da nəzərə alınsa, səsəsvermə məntəqlərinə çoxlu sayda adamın gələcəyi gözlənilir. Gələn ilin may ayında doqquz başqa ölkə ilə Estoniyanın Avropa Birliyinə daxil ola bilməsi üçün səslərin sadəcə çoxluğu kifayət edəcək. Ölkənin iki əsas statistik institutunda keçirilən rə’y sorğularına əsasən, estonların 67-68 faizi Avropa Birliyinə daxil olmağa müsbət səs verəcək. Avropa Birliyinə qoşulmağa “hə” deyəcək estonların çoxu qeyd edib ki, bununla Estoniya iqtisadiyyatının sürətli inkişafına nail olunacaq. Son illər Estoniya iqtisadiyyatında 5,6 faiz artım müşahidə olunmuşdu. Estoniyanın bir sıra qonşuları, o cumlədən, linqvistik və tarixi baxımdan Estoniyaya çox yaxın olan Finlandiya səsvermənin müsbət nəticələnməsinə çalışırdı. Bə’zi estonlar isə plana skeptik yanaşıaraq deyirlər ki, onlar milli suverneliyin Brüsseldə bürokratlara tabe edilməsinə qarşı çıxırlar. Onların fikrincə, iqtisadi cəhətdən irəliləyiş olsa da, birliyə qoşulmaq əsas ticarət məhsullarının qiymətinin artması demək olacaq. Kiçik biznes sahəsində məşğul olan iş adamları daha güclü iqtisadiyyata malik Avropa ölklərindəki şirkətlərlə rəqabətə dözə bilmyəcəklərindən qorxurlar. Avropa Birliyinə qoşulmaq planı qonşu Latviyada da müsbət qaşılanır. Estoniyada nəticənin müsbət olması Latviyada seçicilərin çox hissəsinin referendumda “hə” deməsinə kömək edə bilər. Digər Baltika ölkəsi Litvada müəyyən şübhələrin olmasına baxmayaraq, seçicilərin 91 faizi bu ilin may ayında keçirilən referendumda Avropa Birliyinə qoşulmaq planına dəstək verdi. Malta, Sloveniya, Macarıstan, Slovakiya, Polşa və Çex Respublikasında da seçicilər Avropa Birliyinə üzv olmağa müsbət səs vermişlər. Gəln il birliyə qoğulması gözlənilən Kiprdə məsələ ilə bağlı səsvermə keçirilməyib. Avropa Birliyinə üzv olmaqla bu on ölkədə avtomatik olaraq avro valyutası işlənməyəcək. Bununla bağlı qərarın gələn bir neçə il ərzində çıxarılacağı gözlənilir. Avropa Birliyinə qoşulmaqla yanaşı, Latviya, Litva və Estoniya habelə NATO hərbi alyansına qoşulmağa də’vət olunurlar. Bu məsələ uzun illər aralarında münasibətlərin gərgin olduğu Rusiyada böyük narahatlıqla qarşılanır.