Accessibility links

Qvineya-Bisauda dövlət çevrilişinin təşkilatçıları müvəqqəti hökumətin yaradılmasına çalışırlar - 2003-09-15


Qvineya-Bisauda ordu generalının ölkədə hakimiyəti ələ alıb özünü Qərbi Afrikanın bu ölkəsinin prezidenti elan etməsindən bir gün sonra çevrilin təşkilatçıları müvəqqəti hökumətin yaradılmasına çalışırlar. Hərbi qüvvələrin bəyanatında deyilir ki, general Verissimo Korrea Saebra müvəqqəti administrasiyanın yaradılmasını müzakirə etmək üçün ölkənin siyasi partiyalarının və ictimai təşkilatlarının nümayəndələri ilə görüşmək istəyir. General Saebra prezident Kumba Yalanın ölkənin problemlərini həll etmədiyini deyərək hakimiyyəti qan tökmədən ələ almışdır. General Qvineya Bisaunu yeni seçkilərin keçirilməsi müəyyən edilənə qədər idarə edəcəyini bidilrmişdir. BMT, Afrika Birliyi və Portuqaliya dövlət çevrilişini qınamışlar. Qvineya Bisau Portuqaliyann koloniyası olmuşddur.

XS
SM
MD
LG