Accessibility links

Apelyasiya məhkəməsi Əmrozinin müraciətini rədd etdi - 2003-09-16


Keçən oktyabr ayı İndoneziyanın Bali adasında həyata keçirilən bomba hücumunda günahlandırılan ilk şəxsin ölüm hökmünün ləğvi ilə bağlı apelyasiya məhkəməsinə müraciəti rədd edilmişdir.Balinin apelyasiya məhkəməsi terrorçuluq ittihamın ləğvi ilə bağlı Əmrozi Bin Nurhasyimin günahkar və məhkum edildiyi hökmün ədalətli olduğu bildirmişdir. 40 yaşlı mexanik Əmrozi ötən ay partlayıcı maddələr və partlayışda istifadə edilən mikroavtobusu almaqda günahlandırılmışdı. Bir tona yaxın partlayıcı yerləşdirilən maşın gecə klubu yaxınlığında partladılmış, 202 adamın ölümünə səbəb olmuşdu.Əmrozinin vəkilləri onun hadisədəki rolunun ölüm hökmünə layiq olmadığı və onun anti-terror qanunlarına əsasən mühakimə edilməsini qeyri-qanuni hesab edirlər. İlkin qanuni prosesin belə tez keçirilməsinə baxmayaraq, apelyasiya prosesi illərlə sürə bilər. Əgər ali məhkəmə Əmrozinin müraciətinə rədd cavabı versə, o, əfv üzün prezidentə müraciət edə bilər.

XS
SM
MD
LG