Accessibility links

“İsabel” qasırğası Amerikanın şərq sahillərinə yaxınlaşır - 2003-09-16


Şimali Karolinanın on minlərlə sakini İsabel qasırğası Amerikanın şərq sahillərinə yaxınlaşdıqca təxliyyə edilir. Rəsmi nümayəndələr qasırğanın cümə axşamı günü regiona çatacağını deyirlər. İsabel şiddətli qasırğalar kateqoriyasına aid edilməsə də, onun vura biləcəyi zərər çox böyük ola bilər. Qasırğa saatda 185 kilometr sürətlə əsən küləklə müşayət olur. Milli Qasırğa mərkəzindən verilən mə’lumata görə, İsabel Şimali Karolinadan, paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarından keçəcək. ABŞ hərbi dəniz donanmasının 40 gəmisi və sualtı qayığı dənizə çıxarılıb.

XS
SM
MD
LG