Accessibility links

Fələstin lideri Amerikanın  qoyduğu vetonu əhəmiyyətsiz hesab edir - 2003-09-17


Ramallah şəhərindəki baş qərargahında incəsənət ustaları və ziyalılarla görüşündə cənab Ərafat vetonun onu narahat ermədiyini demişdir. O bildirmişdir ki, biz hər hansısa vetodan daha cavibik. Amerikanın vetosu fələstinlər tərəfindən ümumimiyyətlə qəzəblə qarşılanmışdı. Bəzi siyasətçilərin fikrincə Amerika Birləşmiş Ştatları İsrail və Fələstin arasında ədalətli vasitəçi mövqeyini bununla itirmiş oldu.BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi ötən həftə Yasir Ərafatı “sülhə maneə” adlandıran İsrailin onun kənarlaşdırılması qərarından sonra qəbul edilmişdir. Amerikanın BMT-dəki səfiri Con Neqroponte demişdir ki, ABŞ qətnaməyə Fələstin yaraqlılarının terror aksiyaları qınanılmadığına görə veto qoymuşdur. Fələstinin kabinet naziri Abed Rabbo isə bildirmişdir ki, Amerika siyasəti İsrailin sərxətt tərəfdarlarının mənafiyini güdür.İsrailin rəsmi nümayəndələri vetonu alqışlayaraq, Fələstin terrorçularını deyil, İsraili ittiham edən qətnaməni təktərfəli adlandırmışlar.

XS
SM
MD
LG