Accessibility links

Annan İraqda BMT-nin rolunu müəyyənləşdirən mandat istəyir - 2003-09-19


Diplomatlar bildirirlər ki, BMT-nin Baş Katibi Kofi Annan BMT əməkdaşlarını Bağdada gönrədməzdən əvvəl Təhlükəsizlik Şurasının təşkilatın İraqdakı rolunu müəyyən edən mandat verməsini istəyir. Keçən ay BMT-nin Bağdaddakı qərargahı bomba hücumuna məruz qaldıqdan sonra, cənab Annan təhlükəsiz olmayan bir yerə əlavə adamların göndərilməsi üçün aydın səbəblərin olmasını istəyir. Avqustun 19-da baş vermiş partlayışı nəticəsində 21 adam həlak olmuşdur. BMT-nin İraqdakı missiyasının başçısı Sergio Viyera de Mello da onların arasında idi. Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının İraqda çoxmillətli qüvvələrə BMT mandatı verə biləcək qətnamə təklif edib. Bununla belə, Birləşmiş Ştatların təklif etdiyi qətnamə layihəsində bu qüvvələrin Amerikanın komandanlığı altında olması və BMT-nin rolunun məhdudlaşdırılması nəzərdə tutulur.

XS
SM
MD
LG