İordan çayının qərb sahilindəki Hebron şəhərində İsrail qüvvələri tərəfindən Həmazın bir üzvü qətlə yetirilib. İsrail ordusunun bildirdiyinə görə həmin bu şəxs Hebron və Qüdsdə yahudilərə qarşı hücumlara yardım etmişdi. Fələstin lideri Yasir Ərafat isə dünən Rusiya, Avropa Birliyi və BMT nümayəndələri ilə görüşü zamanı yeni atəşkəs təklif etmişdi.