Accessibility links

Fəllucada zorakılqılar davam edir - 2003-09-23


İraq rəsmiləri Fəlluca şəhəri yaxınlığında ABŞ hərbi qüvvələrilə yaraqlı olduqlarından şübhələnilən şəxslər arasında döyüşdə üç adamın öldüyünü və üç adamın yaralandığını bildirirlər. Birləşmiş Ştatların hərbi qüvvələri düşmən tərəfdən yalnız bir nəfərin qətlə yetirildiyini təsdiqləyiblər. Birləşmiş Ştatların hərbi qüvvələrinin mətbuat katibi 82-ci hərbi-desant diviziyasının bir birləşməsinin Bağdaddan 10 kilometr məsafədə yerləşən əl-Sacr kəndi yaxınlığında hücuma məruz qaldığını bildirib. Hərbi qüvvələrin bəyanatında deyilir ki, Amerika əsgərləri hücumçuların qaçdığı binanı mühasirəyə almışlar. Döyüş şiddətlənəndə ABŞ hərbi qüvvələri havadan atəş açmağa başlamışlar. Fəllluca şəhərinin xəstəxanasındakı həkimlər bir ailədən üç adamın öldüyünü bildirirlər. İnsident koalisiya əleyhinə əhval-ruhiyyənin onsuz da güclü olduğu Falluca regionunda gərginliyin artmasına gətirib çıxarmışdır. ABŞ hərbi qüvvələri mülki vətəndaşlar arasında tələfətın olmamasına çalışdıqlarını və təsadüf nəticəsində qətlə yetirilənlərin ailələrinə kompensasiya ödənildiyini deyirlər.

XS
SM
MD
LG