Accessibility links

Buş BMT--yə üzv ölkələri İraqın bərpasında birgə iştirak etməyə çağırır - 2003-09-23


Prezident Buş ölkəsinin İraqdakı askiyalarını müdafə edərək, beynəlxalq ictimaiyyəti qlobal problemlərin həlli, o cumlədən, İraq və Əfqanıstanın yenidənqurulması üçün birgə işləməyə çağırdı. Öz çıxışında prezident Buş terrorizmin hələ də ciddi təhlükə olduğunu bildirdi. O, terrorizmin sponsorları Taliban və Səddam rejimlərinin devrildliyini, əfqan və İraq xalqlarının azad edildiyini xüsüsi qeyd etdi. O, Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarından istifadə etdiyini, terrorçularla əlaqə yaratdığını xatırlatdı. Cənab Buş Birləşmiş Ştatların başçılığı altında İraqda gedən yenidənqurma işlərindən danışdı. “Əsas məqsədimiz İraqda demokratik prosesin təmin edilməsi və İraqda demokratik əsasda özünüidarənin yaradılmasıdır”-dedi. Prezident Buş bəzi ölkələrin Birləşmiş Ştatların hərəkətları ilə razılaşmayan ölkələrin mövqeyini də qəbul etdiyini bildirdi. Lakin o qeyd etdi ki, BMT-nin fundamental prinsipləri və məqsədləri ətrafında birlik mövcud olub və bu birlik bu gün də vardır.

“Biz kollektiv təhlükəsizliyimizin müdafiəsinə, insan haqlarının inkişafına sadiq qalırıq. Bu daimi öhdəliklər bizi dünyada birgə işə səsləyir. Gəlin, irəli birlikdə hərəkət edək.” Cənab Buş çıxışında Birləşmiş Ştatların İraqla bağlı təklif etdiyi yeni BMT qətnaməsini müzakirə etmədi. O yalnız qeyd etdi ki, Təhlükəsizlik Şurasının yeni qətnaməsi uzərində iş davam edir. Vaşinqton Birləşmiş Ştatların komandanlığı altında yeni çoxmillətli qüvvənin yaradılmasını təklif edir. Lakin bu qətnaməyə müxalif çıxan ölkələr İraqın siyasi transormasiyasının BMT-yə həvalə olunmasını istəyirlər. Cənab Buş BMT-ni İraqın yeni konstitusiyasının yaradılmasına, məmurlar üçün treyninqlərin təşkil olunmasına, azad və ədalətli seçkiərin keçirilməsinə yardım etməyə çağırdı. Prezident Buş bidlirdi ki, azad İraqın uğurları regionda diggətlə izlənilir. Milyonlarla insan görür ki, Yaxın Şərqin düz ürəyində azadlıq, bərabərlik və maddi inkişaf mümkündür. Transformasiyaya məruz qalacaq Yaxın Şərqin dünya üçün əhəmiyyəti böyükdür.

XS
SM
MD
LG