OPEK-ə daxil olan ölkələr gözlənilmədən istehsalı 3,5 faiz azaltmaq haqda qərara gəlmişlər. Bununla, neft qiymətlərinin yüksələcəyi deyilir. Küveytin neft nazirinin bildirdiyinə görə, noyabrın 1-dən etibarən OPEK istehsalı gündə 900 min barrel azaldacaq. Son aylar İraq neftinin dünya bazarına qayıtması ilə neft qiymətləri düşmüş, lakin bu gün qiymətlərin artıq bir dollara qədər qalxdığı müşahidə olunmuşdur. Bununla belə, İraqın neft naziri bildirib ki, İraq kartelin bir hissəsi olaraq qalacaq və mart ayına qədər istehsalı iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, Səddam Hüseyn rejimi devrildikdən sonra İraq OPEK-in iclasında ilk dəfə iştirak edirdi.