Accessibility links

Quantanamoda çalışan hərbiçi casusluqda ittiham edilir - 2003-09-24


Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri Əl-Qaidə terrorçuları olduqlarından şübhələnilən şəxslərin saxlanıldığı Quantanamo həbsxanasında hava qüvvələrinin tərcüməçisini casusluqda və hərbi sirlərin vətəni Suriyaya öütülrməsində ittiham ediblər. Rəsmilər Quantanamoda xidmət edən hərbi qulluaqçu Əhməd əl-Hələbinin Kaliforniya hərbi hava bazasında saxlanıldığını bildiriblər. O, iyul ayında rəsmilər onun şəxsi kopyuterində Quantanamoda saxlanılan məhbuslar haqda məxfi informasiyanın mövcud olduğunu aşkar etdikdən sonra həbs edilmişdir. Hərbiçi həbsxananın xəritələri, məhbusların adları və məhbusların məktublarını Suriyadakı əlaqələndiriciyə göndərməkdə ittiham edilir. Vəkil ittihamları rədd edir. Suriya əl-Hələbilə hər hansı əlaqanin olduğunu inkar edir.

XS
SM
MD
LG