Accessibility links

Bağdad yaxınlığında daha bir hücum zamanı 8 adam həlak olub - 2003-09-26


Bağdaddan şimalda yerləşən Baquba şəhərinin bazarının qısa qülləli topdan atəşə tutulması nəticəsində səkkiz mülki vətədaş həlak olmuş, on səkkiz adam yaralanmışdır. Atəşin kim tərəfindən açıldığı məlum deyil, lakin Birləşmiş Ştatlar ordusu bildirib ki, bunun koalisiya qüvvələri tərəfindən etməmişlər. Bu insident İraqın icraedici şurasının qətlə yetirilmiş üzvünün dəfn mərasiminə hazırlıqların getdiyi vaxta təsadüf etmişdir. Birləşmiş Ştatların hərbi qüvvələrinin bildirdiyinə görə, hadisə Baqubanın bazarında cümə axşamı axşam saatlarında, alış-verişin getdiyi vaxt baş vermişdir. ABŞ əsgərləri hadisə yerinə yerə yetişərək yaralananlara ilk tibbi yardım göstərməyə başlamışlar. Amerika əsgərləri arasında xəsarət alan olmayıb. Baquba Bağdaddan 50 kilometr şimal-şərqdə Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinə müqavimətin hələ də güclü olduğu sünnü üçbucağı adlandırılan regionda yerləşir. Bağdadda isə İraqın icraedici şurasının üzvü, qətlə yetirilmiş Aqilə əl-Haşiminin yas mərasimi keçirilib. Əl-Haşiminin cənazəsi dəfn edilmək üçün Nəcəfə aparılacaq. Bu arada, BMT Bağdadda təşkilatın baş qərargahına ikinci hücumdan sonra İraqda beynəlxalq nümayəndələrin sayının azaldılması qərarına gəlib. Avqustun 22-də ilk hücumdan əvvəl BMT-nin İraqda 600 nümayəndəsi var idi. Hazırda İraqda BMT-nin 85 beynəlxalq nümayəndəsi çalışır, lakin onların çoxu ölkəni tərk etməyə hazırlaşır. Təşkilatın qərargahındakı iraqlı işçilər BMT-nin agentliklərinin fəaliyyətini təmin edəcəklər.

XS
SM
MD
LG