Accessibility links

Lora Buş YUNESKO-nun iclasında çıxış etdi - 2003-09-29


Birləşmiş Ştatların birinci xanımı Lora Buş Amerikanın YUNESKO-nun dünyada informasiyanın yayılması təşəbbüslərinə qoşulmağa hazır olduğunu vurğulayıb. Parisdə YUNESKO-nun konfransında çıxış edən xanım Buş qeyd edib ki, qrupa qoşulan Birləşmiş Ştatlar həm öyrətmək, həm də öyrənmək potensialına malikdir. Lora Buş dünya qarşısında duran problemləri göstərib və YUNESKO-nun işinin əvvəllər olduğundan daha təcili olduğunu deyib. Parisdə keçən iclas Amerikanın 1984-cü ildən sonra yenidən təşkilata qayıtması ilə əlamətdar olmuşdur. ABŞ təşkilatı qərb əleyhinə mövqe tutmaqda ittiham edərək onu tərk etmişdi. Prezident Buş Amerikanın yenidən YUNESKO-ya qoşulmasını keçən il elan etmişdi.

XS
SM
MD
LG