Accessibility links

İsrailə qarşı hücumlar Fələstinin özünə qarşı yönəlir - 2003-09-29


Fələstinin vəzifəsini tərk edən təhlükəszlik naziri Məhəmməd Dəhlan israillilərə qarşı hücumların Fələsətinin əleyhinə yönəldiyini bildirib. Nazir bu sözləri İsrailin işğalına qarşı hazırki intifadanın 3-cü ildönümü ilə bağlı çıxışı zamanı deyib. Cənab Dəhlan deyib ki, yaraqlı qruplaşmalar 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra dünyanın dəyişdiyini qəbul etmirlər. O, silahlı hücumların İsrail və Amerikanın İsrailə qarşı hər bir cəhdi terrorizm kimi qitmətləndirməsinə yol açdığını deyib. Təhlükəszlik naziri şənbə günü prezident Yasir Ərafatın Fətah fraksiyasının təsdiq etdiyi kabinet siyahısından çıxarılmışdı.

XS
SM
MD
LG