Dünya Bankının bildirdiyinə görə inkişaf etməkdə olan ölkələrin ictimai xidmətlərinin keyfiyyətsizliyi dünyanın iqtisadi artımına mənfi təsir göstərir. Dünya Bankı bu nəticəyə müxtəlif ölkələrdə xidmətlərin vəziyyəti ilə bağlı araşdırmadan sonra gəlmişdir. Dünya Bankı yoxsul və zəngin ölkələr arasındakı fərqin aradan qaldırılmasının xidmətlərin keyfiyyətindən asılı olduğunu bildirir. Burada səhiyyə, təhsil, elektrik, su və müalicə xidmətləri nəzərdə tutulur. Ən əvvəl yoxsulların daha yaxşı xidmət və imkanlara malik olması dünya bankınn irəli sürdüyü məsləhətlərdəndir. Dünya Bankının hesabatında deyilir ki, yoxsul insanlar seçdikləri siyasətçilərə bu sahədə təzyiq göstərməlidirlər. Hesabatda bundan əlavə keyfiyyətsiz xidmətlərin məsullarının cazalandırılmasının vacibliyi də qeyd edilir. Dünya Bankı yalnız bu yolla ictimai xidmət sektorlarının hökumət və ictimaiyyət qarşısında cavabdehliyinin artırılmasının mümkünlüyünü bildirir. Hesabat keçən həftə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Dubay görüşündə açıqlanmışdı. 180 ölkənin nümayəndə heyətləri iki günlük görüşləri zamanı bir sıra məsələləri müzakirəyə çıxarmışdılar.