Accessibility links

Pakistanda 12 Taleban fəalı öldürülüb - 2003-10-02


Pakistan ordusunun Əfqanıstanla sərhəd regionda keçirdiyi əməliyyat zamanı 12 Taliban və Əl-Qaidə fəalı öldürülüb, 10 nəfər ələ keçirilib. Hərbi qüvvələrin rəsmilərinin bildirdiyinə görə, ordu yaraqlıların Əfqanıstandan ölkəyə keçməsi haqda xəbərdən sonra vertolyotların müşaiyətilə cənubi Vəziristan regionuna daxil olub. Bu arada, Pakistanın baş naziri Zəfərulla Camali Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qapalı görüş keçirir. Zəfərulla Camali dünən prezident Buşla görüşüb.

XS
SM
MD
LG