Accessibility links

İsrail yeni yaşayış məntəqələri inşa edir - 2003-10-02


İsrail işğal etdiyi İordan çayının qərb sahilindəki yəhudi qəsəbələrində 550 yeni evin tikintisinə dair planlarını açıqlayıb. Baxmayaraq ki, Birlərşmiş Ştatların dəstəklədiyi sülh planı yəhudi qəsəbələrində tikinti fəalliyətlərinin dondurulmasına çağırır. İsrail höküməti qəzetdə nəşr etdiyi bir elanda tikinti şirkətlərini üç qəsəbədə dövlət fondlarından maliyyələşdiriləcək layihələr üçün tenderdə iştirak etməyə dəvət edib.İsrail bəyan edib ki, təbii artımın yaratdığı ehtiyacları qarşılamaq üçün qəsəbələrdəki tikintiləri davam etdirəcək. Fələstinlilər İsrailin tikinti planlarını pisləyərək, bunu gələcək Fələstin dövlətinin torpaqlarının zəbti kimi qiymətləndirib.

XS
SM
MD
LG