Accessibility links

Hayfada kamikadze hücumu həyata keçirilib - 2003-10-04


İsrailin liman şəhəri Hayfanın bir restoranında bir intiharçı qadının bomba hücumu nəticəsində 5-i uşaq olmaqla, 19 nəfər həlak olmuş, 50-dən çox adam yaralanmışdır. İsrail mətbuatı polis komandiri Yakov Boroskiyə istinadən yazır ki, intiharçı Maksim restoranına daxil olmazdan əvvəl gözətçini güllə ilə öldürmüşdü. Restoranın sahibi İsrail vətəndaşı bir ərəbdir. İsrail Yom-Kippur bayramı ərəfəsində əhlükəsizlik tədbirlərini gücləndirmiş və dünən Fələstin ərazisindən İsrailə gələn yolları bağlamışdır. İsrail fələstinli yaraqlılarının hücumlarının qarşısını almaq məqsədilə bir qayda olaraq bayram ərəfəsində yolları bağlayır. Baş Nazir Ariel Şaron hökumətinin nümayəndəsi David Baker bugünkü hücumun məsuliyyətini Fələstin Muxtar İdarəsinin üzərinə ataraq deyib ki, idarə terror hücumlarının qarşısını almaq üçün heç bir tədbir həyata kerçirmir. Fələstin muxtar idarəsinin baş naziri Əhməd Qureya Fələstin qruplarını mülki vətəndaşlara qarşı hücumları dayandırrmağa çağırıb. Hələlik heç kimi bu hücumun məsuliyyətini üzərinə götürməyib.

XS
SM
MD
LG