Accessibility links

Azerbaycan-Rusiya Əlaqələri: Professor Svetaxovski ilə müsahibə - 2003-10-07


Nyu Yorkda yerləşən Kolumbiya Universitetinin professoru, Azərbaycan üzrə mütəxəssis Tadeuş Svetaxovski Azərbaycan- Rusiya əlaqələri və Azərbaycanda Rus dilinin işlənməsi haqda danışır.

Professor Svetaxovski Azərbaycanın Rusiya ilə əlaqələrinin gələcəyi barədə sualın cavabında bildirdi ki, o, münasibətlərin gələcəkdə daha yaxşı olacağını gözləyir. Ona görə ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın əhəmmiyyətini başa düşür. Onun fikrinə görə, prezident Putin Dağlıq Qarabağ məsələsi də daxil olmaqla, Qafqaz respublikalarına yanaşmada daha praqmatik mövge tutub. Çünkü Rusiya regiondakı ən geniş, əhalinin sayı ən çox və ən zəngin təbii sərvəti olan Azərbaycanla yaxşı əlaqələr saxlamadan Qafqazlarda təsirli ola bilməz. O qeyd edir ki, Rusiyada bir milyon Azərbaycanlı yaşayır və onların çoxu Azərbaycandakı iqtisadi çətinliklərl qarşılaşdığına görə işləmək üçün Rusiyaya köçmüşdür. Təqribən bir milyon Azərbaycanlı mühacir Rusiyada işləyir . Onların təkcə Rusiyada qazandığı pul Azərbaycanın iqtisadiyyatı üçün böyük əhəmmiyyət kəsb edir. Beləliklə də, iki ölkə arasında əlavə iqtisadi münasibətlər mövcuddur. Professor Svetaxovski Rusiyanın Azərbaycana mədəni təsirinin hələ də qaldığını göstərir. O, diqqəti Bakıda olarkən gənclərin Rus dilində danışmasına cəlb edir. "İmperiyanın dağılmasından on ildən artrıq vaxt keçməsinə baxmayaraq, gənclərin çoxu hələ də rus dilində danışır."

İki ölkənin tarixi və indiki əlaqələrini nəzərdə tuttuqda, bunu mənfi bir hal kimi qiymətləndirməyə ehtiyyac varmı. Professor Svetaxovski bu sualın cavabında deyir: "Rus dilinin işlənməsi mənfi hal deyil, ancaq müstəgil bir ölkədə gərək bu ölkənin öz dilinə üstünlük verilsin. Elə Azərbaycanlılar var ki, onlar öz ana dilində danışa bilmir və bu yaxşı bir hal deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya deyil və bu ölkənin öz tarixi, ədəbiyyatı və mədəniyyəti var. Dil bilmək, xüsusilə də, güclü bir qonşu ölkənin dilini bilmək, əlbəttə, yaxşı bir haldır, ancaq ana dilinin inkişafına çalışmaq lazımdır."

Professor Svetaxovovski "Azərbaycanda prezident seçkilərinin ədalətli və azad keçəcəyinə inanırmı" sualının cavabında, bildirdi ki, Azərbaycanda hər dəfə seçkilər keçiriləndə seçkiləri müşahidə edən beynəlxalq təşkilatların təngidlərini oxuyuruq, lakin onlar hər dəfə əvvəlki seçkilərə nisbətən müəyyən tərəqqi olduğunu qeyd edirlər. Tadeuş Svetaxovski onu da qeyd etdi ki, Azərbaycandakı siyasi prosesləri yaxından izləyə bilmədiyinə görə seçkilər və namizedlər haqqında danışmaq istəmir.

XS
SM
MD
LG