Kalifoforniyaya qubernator seçilən Arnold Şvartsneqqer ştatda birlik yaradılması yolunda iş aparacağına vəd verib. Dünən qələbə çıxışını edən aktyor və keşmiş kulturist onu dəstəkləyənləri peşman etməyəcəyini bildiribi. Cənab Şvartsneqqer hökumətə etimadın bərpasının mühümlüyünü qeyd edib. Böyük büdcə kəsiri və digər iqtisadi problemlərə görə Grey Deyvisin geri çağırılmasına 55 faiz seciçi səs vermişdir. Arnold Şvartsneqqer isə 3.6 milyonluq əhalinin 48 faizinin səsini əldə etmişdir.