Accessibility links

Bağdadda etiraz nümayişi keçirilib - 2003-10-08


İraqda iki minə yaxın şiə müsəlman ruhanisi Müəyid Əl-Xəzrəcini həbsdən azad etmək tələbilə Baqdaddakı kolaisiya qüvvələrinin baş qərargahı yaxınlığında etiraz nümayişi təşkil edib. Şiələrin etiraz nümayişi iki gündür davam edir. Bugünkü nümayiş Amerikanın rəsmilərinin bir qrup ruhani ilə keçirdiyi və heç bir nəticə əldə edilmədiyi danışıqlarından sonra təşkil edilmişdir. Müəyid Əl-Xəzrəcini bazar ertəsi həbs edilmişdi. Amerika rəsmiləri ruhani Əl-Xəzrəcinin koalisiya qüvvələrinə qarşı zorakılıqların qızışdırılması və məsciddə silah saxladığına görə həbs edildiyini deyirlər. Baqdad küçələrindən keçən nümayişçilər ruhaniləri dəstəkləmişlər. Onlar, həmçinin, İraqın yeni ordusunun təşkilini də tələb etmişlər. Nümayiş iştirakçılarından biri, özü də ruhani olan Əbü Fatma Əl-Sudani deyib ki, dini liderlərin həbsi Amerikanın İraqda azadlığı bərpa edəcəyi vədini şübhə altına alır.

XS
SM
MD
LG