Accessibility links

Putin Dünya  Ticarət Təşkilatına daxil olmaq üçün Almaniyadan kömək istəyir - 2003-10-09


Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyini ədalətsiz olaraq Rusiyanın Dünya Ticarət Təşkilatına Daxil olmasının qarşını almaqda ittiham etmişdir. O bu gün Almaniyanın Kansleri Gerhard Şroder ilə birgə keçirdiyi mətbuat konfransında demişdir ki,onun dediyi kimi desək “Avropa Büroktratlarının” daxili enerji subsidiyalarına son qoyma tələbləri Rusiya iqtisadiyatını məhv edər. Prezident Putin Kansler Şroderdən tələb etmişdir ki, Avropa Birliyinin bu məsələdəki mövgeini yumuşaltması üçün öz nüfuzundan istifadə etsin. Avropa Ticarət Komissiyasının bir nümayəndəsi isə buna cavab olaraq bildirib ki, Rusiyadan tələb edilən tədbirlər ağlabatandır.

XS
SM
MD
LG