Accessibility links

Nobel mükafatı Şirin Ebadiyə verildi - 2003-10-10


İranlı vəkil Şirin Ebadi 2003-cü il Nobel sülh mükafatına layiq görülmüşdür. Şirin Ebadi sülh mükafatı qazanan ilk müsəlman və iranlı qadındır. 1979-cu il İran İslam inqilabından sonra hakimlik vəzifəsini təkr etməyə məcbur edilən 56 yaşlı xanım Ebadi o vaxtdan bəri özünü İranın islam rejimi əleyhinə və qadın statusu uğrunda mübarizəyə həsr etmişdir. Bu gün Nobel komitəsinin sədri Ole Danbolt Mjoes Osloda bildirmişdir ki, mükafat insan hüquqları və demokratiyaya təkan, dünyanın hər bir yerində repressiyalarla mübarizə edənlərə ilham deməkdir.Son aylar yaşadığı Parisdən Norveç radiosuna müsahibə verən Şirin Ebadi mükafatın həm özü, həm də İranda insan hüquqları və demokratiyaya müsbət təsirini qeyd etmişdir. İranda vəziyyətin monitorinqi ilə məşğul olan diplomatların fikrincə iranlı bir qadının belə mükafata layiq görülməsi ölkədəki islahatçılara misilsiz bir dəstəkdir. Qərbin bəzi insan hüquqları müdafiəçiləri isə mükafatın İranda mühafizəkarların islahatçılara qarşı qəzəbinin artmasına yol açacağını deyirlər. Xanım Ebadi Roma Papasi İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasında seçilmişdir.

XS
SM
MD
LG