Accessibility links

Hindistan İsraildən radar sistemi alır - 2003-10-10


Hindistanın müdafiə nazirliyinin rəsmiləri İsraildən radar sisteminin alınması ilə bağlı razılığın imzalandığını bildiriblər. Müdafiə nazirliyinin sözçüsü razılığın bu gün İsrail və Rusiya ilə imzalandığını bildirib. Rusiya Hindistanı radar sistemilə təchiz olunmuş raketlə təmin edəcək. Pakistan bununla regionda silah yarışına yol açıla biləcəyini bildirib. Pakistanın informasiya naziri Şeyx Rəşid deyib ki, Dehlinin müdafiə sahəsində müqavilələri regionda qüvvələr balansının pozulmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG