Accessibility links

Bali hücumundan bir il keçir - 2003-10-11


İndoneziyanın Bali adasının polis rəisinə əsasən ötən il çoxsaylı tələfata yol açmış bomba hücumunu həyata keçirməkdə şübhələnilən şəxslər hələ də qaçaqdır. Baş Müfəttiş İ MADE MANGKU PASTİKA beş şübhəli şəxsin hələ qaçaq və Bali polisinin ötən il 202 nəfərin ölümü ilə nəticələnmiş hücumlara bənzər terror aktlarına yol verilməməsi üçün hazır vəziyyətdə olduğunu bildirib. Rəsminin bu sözləri, hücumların birinci ildönümünə təsadüf edir. Sabah keçiriləcək anım mərasimində yüzlərlə avstraliyalı, o cümlədən, ölkənin baş naziri Con Hovardın da iştirakı gözlənilir. Bali hücumlarında həlak olanların çoxu Avstraliyalı idi.

XS
SM
MD
LG