Accessibility links

Buş:İraqın  özünü idarə etməsində tərəqqi əldə edilib - 2003-10-11


Prezident Buş həftəlik radio müraciətində İraqın özünüidarə sahəsində tərəqqi əldə etdiyini bildirib. Son ictimai rəy sorğusuna əsasən amerikalıların çoxu İraqın işğal edilməsini sual altına alır. Prezident Buş idarəsi isə İraqın işğalının vacibliyini bildirərək, amerikalılarınəlavə 87 milyard dollar məbləğində maliyyə vəsaiti ayrılmasını dəstəkləməsi üçün təbliğat və təşviqat işləri artırıb. Prezident deyib ki, bu maliyyə vəsaiti Amerikanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək.Prezident Buş İraqın yeni valyutasının ölkənin iqtisadi vəziyyətini sabitləşdirəcəyini vurğulayıb.

XS
SM
MD
LG