Accessibility links

Misirli əkizlər üzərində əməliyyat davam edir - 2003-10-12


Texas ştatının Dallas şəhərinin xəstəxanasının həkimləri başından bitişik iki yaşlı Misirli əkiz üzərində əməliyyat aparırlar. Həkimlərin bildirdiyinə görə, Əhməd və Məhəmməd İbrahimin vəziyəti sabitdir və bir gün əvvəl başlayan əməliyyat normal davam edir. Hazırda həkimlər beyindəki qan damarlarını bir-birindən ayırırlar. Xəstəxanın nümayəndəsinin bildirdiyinə görə, plastik cərrahlar əməliyyatın növbəti hissəsini davam etdirmək üçün neyro-cərrahların işini başa çatdırmasını gözləyirlər. Xəstəxananın 60-ya yaxın işçisi bazar ertəsi başa çatacaq əməliyyatda iştirak edir.

XS
SM
MD
LG