Accessibility links

Ş.Ebadi səylərinin nəticə verdiyinə inanır - 2003-10-12


Nobel sülh mükafatına layiq görülən insan hüququları müdafiəçisi Şirin Ebadi “Amerikanın səsi”nin fars xidmətinə verdiyi müsahibə zamanı deyib ki, onun yenidən diqqət mərkəzinə çəkilməsinin İranda siyasi məhbusların azadlığına yardım edəcəyinə ümid bəsləyir. Xanım Ebadi İranın bütün vətəndaşlarınının hüquqları müdafiə olunan bir cəmiyyətə çevrilməsini görmək istədiyini bildirib. 56 yaşlı Şirin Ebadi deyib ki, prioritetlərindən ən önəmlisi İranın cənub bölgəsinin İraq-İran müharibəsindən qalmış piyadalara qarşı minalardan təmizlənməsidir. Nobel mükafatı lauretatı insan hüquqları uğrunda mübarizəsini davam etdirəcəyini və indiyədək göstərdiyi səylərinin bəhrə verdiyini bildirib.

XS
SM
MD
LG