Accessibility links

Azərbaycanda Prezident Seçkiləri Amerika Mətbuatında - 2003-10-17


Nyu york Tayms qəzetində Oktyabrın 17-sində çap edilən məqalədə qeyd edilir ki, dünən minlərlə əskər, polis və xüsusi təhlükəsizlik birləşməsi Bakının küçələrində prezident seçkilərinin nəticələrinə etirazını bildirən nümayişçiləri, müxlalifət mənsublarını və hətda yoldan keçən və ya hadisələrə kənardan baxan adamları dəyənəklərlə döymüşlər. Qəzet seçkilərin nəticəsini sülələ ənənəsinə görə Prezident seçkisi adlandırıb. NYT yazır ki, müxtəlif mənbələrdən alınan xəbərlərə görə hadisələrdə azı bir adam həlak olub, iki tərəfdən də onlarla adam yaralanıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə görə İlham Əliyevin səslərin 80 faizini, Musavat partiyasının başqanı İsa qəmbərin isə 12 faizini aldığını bildirib. Avropalı Müşahidəçilər zorakılığa əl atıldığını, təhlükəsizlik qüvvələrinin həddən artıq dərəcədə qücdən istifadə etdiklərini, müxalifətin himayəçiləri, jurnalistlər və digər adamlara hədə qorxu gəlindiyini bildirmişlər. Rəsmi rəqəmlərə baxmayaraq Bakının küçələrində cənab Əliyevin himayəçilərinə ras gəlmək çətin idi.

NYT yazır ki, küçədə adını verməkdən imtina edən bir adam aşağıdakıları deyirdi: “Bu respublikada ədalət yoxdur, demokratiya yoxdur, Bu hökuməti, bu klanı, bu mafiyanı bizim çeynimizdən tullayın. Onlar bizi əzirlər ki, özləri yaxşı yaşasınlar.” Seçkilərdə vəzifəli digər bir şəxs isə rəsmi nəticələrin “yalan” olduğunu deyib. O söyləyib ki, indi ölkə bir klanın, Əliyev klanının əlindədir. Xalq isə bu klanı istəmir. Həmin seçki işçisi qeyd edib ki, əvvəlki rəy sorqularının nəticələrindən sonra müxalifəti dəsdəkləyən adamlar səsvermə siyahısından çıxardılıb və səvermə məntəqələrindən səsvermədən geri qaytarılıblar. O söyləyib ki, bəzi hökumət idarələri işçilərinə işarə qoyulmuş seçki blütenləri paylamış və onlardan rəsmi boş blütenləri geri qaytarmalarını tələb etmişdir. NYT yazır ki, müxalifətin qəzəblənmiş müdafiyəçiləri də polis və əskərlərə qarşı dəyənəklərdən istifadə etmiş, onları daşa basmışlar. Hökumət qüvvələri isə daha yaxşı təşkilatlanmışdı. Daxili işlər nazirliyinin xüsusi paltarlı qüvvələri isə küçələrdə intiqam, intiqam şuarları bağıraraq gəzirdi.

Vashinton Post qəzetinin bu günkü nömrəsində də yazılır ki, Azərbaycanda səsvermədən sonra ixtişaşlar baş verib. Bu barədə çap edilən məqaləyə bir nümayişçini dəyənəklə qovalayan polisin şəkli və Azərbaycanın xəritəsi də əlavə olunub.

Vaşington Post yazır ki, dünən Bakıda İlham Əliyevin qələbəsinə etiranızı bildirən minlərlə nümayişçi ilə dəyənəklərdən istifadə edən polis arasında toqquşma baş verib. Məqalədə qeyd edilir ki, bəynəlxalq müşahidəçilər çərşənbə günü keçirilən seçkilərdə pozuntular olduğunu bildirdikdən sonra Azadlıq meydanında baş verən toqquşmalar nəticəsində azı bir adam həlak olub onlarla adam da yaralanıb.Vaşington Post yazır ki, Birləşmiş Ştatlarda müalicə olunan Heydər Əliyev keçmiş Sovet Respublikaları arasında birinci sülalə sistemini təşkil etmək üçün hakimiyyəti problemsiz şəkildə oğlu İlham Əliyevə təhvil vermək istəyirdi. Beynəlxalq müşahidəçilər Əliyev hökumətinin təşkil etdiyi seçkilərin azad keçmədiyini bildirmələrindən sonra on ildən də artıq bir zamandan bəri Bakıdakı ən böyük ixtişaşlar baş verib. ATET-in Bakıya gedən müşahidə qrupunun nümayəndəsi Peter Eicher deyib ki, “Bu seçkilərdə həqiqi mənada demokratik seçki keçirilməsi fürsəti əldən verilib.”

Vaşington Postun yazdığına görə ATƏT səsvermə və səslərin sayılmasında pozuntular, saxda səs verilməsi, nəticələrin saxdalaşdırılması, səsvermə qutularının səs vermə məntəqələrindən kənara aparılması kimi hadisələrin baş verdiyini müəyyən edib. ATƏT-in nümayəndəsi zorakılığa yol verilməməsinə çağırdığı vaxtlarda isə seçkilərdən narazı olan camaat Azadlıq meydanına doğru hərəkət edirdi. Nümayişçilərin sayı bir neçə minə yaxınlaşdığı bir zamanda onlar Azadlıq və İsa Qəmbəri müdafiyə edən şuarlar bağırırdılar. Vaşington Post yazır ki, daha sonra polis və əskərlər iki tərəfdən nümayişçilərin üzərinə yürümüş qaça bilməyənləri polis möhkəm döymüşdür. Azadlıq meydanına polis nəzarət etsə də şəhər də ayrı ayrı toqquşmalar bir neçə saat davam etmişdir.

XS
SM
MD
LG