Accessibility links

Bosniyanın sabiq lideri vəfat etdi - 2003-10-19


Bosniyanın keçmiş prezidenti Aliya İzetbekoviçin Sarayevo xəstəxanasında vəfat etdiyi bildirilir. Bosniyanın rəsmi nümayəndələri 78 yaşlı sabiq prezidentin yıxıldıqdan sonra bir neçə qabırğasının sınması ilə beş həftə əvvəl xəstəxanaya aparıldığını deyirlər. Həkimlər Aliya İzetbekoviçin qan dövranı və tənəffüs problemləri ilə üzləşdiyini bildirirdilər. 3 il Bosniya-Hertsoqovinanın dövlət başçısı vəzifəsində olan İzetbekoviç 2000-ci ildə səhhətinə görə istefa verməli olmuşdu.

XS
SM
MD
LG